...

Bakıda pankration üzrə yarış keçirilib (FOTO)

Cəmiyyət Materials 23 May 2010 14:28 (UTC +04:00)
Mayın 22 Bakıda pankration üzrə "Azərbaycan Avropaya qarşı" adlı, 28 may Respublika gününə həsr olunmuş yarış keçirilib. Yarışda Aleksandr Yemelyanenkonun çıxışı xüsusi maraqla qarşılanıb.
Bakıda pankration üzrə yarış keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend/

Mayın 22 Bakıda pankration üzrə "Azərbaycan Avropaya qarşı" adlı, 28 may Respublika gününə həsr olunmuş yarış keçirilib. Yarışda Aleksandr Yemelyanenkonun çıxışı xüsusi maraqla qarşılanıb.

Yemelyanenkonun rəqibi serbiyalı Miodraq "Pele" Petkoviç olub.

Rəqibini rahatlıqıa məğlub etməyi bacaran idmançı ümumi hesabda komandasının qalib gəlməsinə imkan yaradıb.

"Bütün uşaqlar yarışda layiqli çıxış etdilər. Çox sayda baxımlı və rəngarəng döyüşlər alındı", Yemelyanenko deyib.

"Bizim əsas məqsədimiz - qarışıq üslublu döyüş novlərinin gənclər arasında tanitmaq, inkişaf etdirməkdir.Mən öz nümunəmlə xeyli gəncləri idman zallarına cəlb edə bilərəm", Yemelyanenkonun rəsmi saytında idmançının sözləri gətirilir.

Xəbər lenti

Xəbər lenti