...

Heydər Əliyev irsinin öyrənilməsi və təbliğinə həsr olunmuş müsabiqə keçiriləcək

Cəmiyyət Materials 21 İyun 2010 15:21 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) ilə birgə Azərbaycanda yaşayan milli icma və xalqların yaradıcı gənclərinin Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliğinə həsr olunmuş "FENOMEN" adlı bədii müsabiqə keçirəcək. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Heydər Əliyev irsinin öyrənilməsi və təbliğinə həsr olunmuş müsabiqə keçiriləcək

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir T.Hacıyev/

Gənclər və İdman Nazirliyi Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) ilə birgə Azərbaycanda yaşayan milli icma və xalqların yaradıcı gənclərinin Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliğinə həsr olunmuş "FENOMEN" adlı bədii müsabiqə keçirəcək. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda bildirilir ki, AGAT Azərbaycanda yaşayan milli icma və xalqlarla, eyni zamanda, gənclərlə bağlı həyata keçirilən dövlət siyasətinə öz töhfəsini vermək arzusundadır. Müsabiqə də bu məqsədlə keçirilir.

Layihə çərçivəsində 4 istiqamətdə - ən yaxşı rəsm, şeir, hekayə və əl işləri müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.

Heydər Əliyev irsinin öyrənilməsi və təbliği ilə bağlı bu formatda tədbir ilk dəfədir keçirilir.

Layihə çərçivəsində Azərbaycanda yaşayan milli icma və xalqların gənclər təşkilatları ilə əlaqə saxlanılır, layihə ilə bağlı iş aparılır. Bu məqsədlə KİV-də layihə ilə bağlı məlumatlandırılma işi də aparılacaq.

Ulu öndər Heydər Əliyev irsinin qorunması və azərbaycançılıq ideologiyasının təbliğatının daha güclü olması məqsədilə tədbirin təltifetmə mərasiminə dövlət strukturlarından, səfirliklərdən, özəl sektor və QHT-lərdən qonaqlar dəvət olunacaq.

Xəbər lenti

Xəbər lenti