...

Azərbaycan taekvondo üzrə dünya kubokuna beş idmançı ilə qatılıb

Cəmiyyət Materials 17 İyul 2010 13:33 (UTC +04:00)
Taekvando Federasiyasından şənbə günü Trend-ə bildiriblər ki, yarışda Azərbaycanın idman şərəfini Samir Aydınov, Vasif Qurbanov (hər ikisi 58 kq), Fariz Əliyev (68 kq), Ramin Əzizov (87 kq) və Təvəkkül Bayramov (+87) qoruyur. Dünya kubokuna iyulun 20-də yekun vurulacaq.
Azərbaycan taekvondo üzrə dünya kubokuna beş idmançı ilə qatılıb

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir T.Hacıyev/

Çinin Urumçi şəhərində şənbə günü taekvondo üzrə dünya kubokuna start verilib.

Azərbaycan Taekvondo Federasiyasından şənbə günü Trend-ə bildiriblər ki, yarışda Azərbaycanın idman şərəfini Samir Aydınov, Vasif Qurbanov (hər ikisi 58 kq), Fariz Əliyev (68 kq), Ramin Əzizov (87 kq) və Təvəkkül Bayramov (+87) qoruyur. Dünya kubokuna iyulun 20-də yekun vurulacaq.

İyunun 14-də Asiyaya yola düşən taekvondo üzrə yığma komandamız bu mötəbər turnirə Koreyada hazırlaşıb. Bir ay keçirilən təlim-məşq toplanışında millimiz yerli yığma ilə yoxlama döyüşlərində də qüvvəsini sınayıb.

Xəbər lenti

Xəbər lenti