...

Azərbaycan güləşçiləri İranda beynəlxaq turnirdə iştirak edəcəklər

Cəmiyyət Materials 29 İyul 2010 16:54 (UTC +04:00)
Azərbaycan güləşçiləri İranda sərbəst güləş üzrə böyüklər arasında keçiriləcək "İmaməli Həbibi və Abdullah Mövahid Kuboku" beynəlxalq turnirində iştirak edəcəklər.
Azərbaycan güləşçiləri İranda beynəlxaq turnirdə iştirak edəcəklər

Azərbaycan güləşçiləri İranda sərbəst güləş üzrə böyüklər arasında keçiriləcək "İmaməli Həbibi və Abdullah Mövahid Kuboku" beynəlxalq turnirində iştirak edəcəklər. Bu barədə İranın FARS xəbər agentlyi məlumat verir.

"İmaməli Həbibi və Abdullah Mövahid Kuboku" beynəlxalq turniri 31 iyul - 1 avqust tarixdə İranın Mazandaran əyalətinin Qaimşəhr şəhərində keçiriləcək.

Məşqçi Namiq Quliyevin başçılığı ilə heyətdə Elçin Həsənov (55 kq), Cəlal Süleymanov (60 kq), Rəsul Hafizov (66 kq), Aqil Quliyev (74 kq) və Cavid Məmmədov (96 kq) yer alıb.

Turnirin ilk günü 55, 66 və 96 kq, ikinci günündə 60, 74, 84 və 120 kq çəkidə güləşçilər qurşaq tutacaq.

Turnirdə görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vasif Əliyev də iştirak edəcək.

Ümumiyyətlə, turnirdə Azərbaycan, ABŞ, Rusiya, Gürcüstan Ermənistandan 41 güləşçi iştirak edəcək. İrandan isə hər çəki üzrə 6 güləşçi turnirə qatılacaq.

Xəbər lenti

Xəbər lenti