...

Sumqayıtlı məzunların 100 nəfərindən çoxu 600-dən artıq bal toplayıb

Cəmiyyət Materials 10 Avqust 2010 14:37 (UTC +04:00)
2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulunun ilkin nəticələrinə görə Sumqayıt şəhərində 101 nəfər 600-dən çox bal toplayıb.
Sumqayıtlı məzunların 100 nəfərindən çoxu 600-dən artıq bal toplayıb

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir M. Əliyev/

2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulunun ilkin nəticələrinə görə Sumqayıt şəhərində 101 nəfər 600-dən çox bal toplayıb.

Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının yanında keçirilən müşavirədə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov bildirib.

V.Bağırovun sözlərinə görə, hələlik TQDK-dən rəsmi məlumat daxil olmayıb və bu göstərici məktəblərdən toplanmış məlumat əsasında müəyyən edilib. Ötən illərin təcrübəsi nəzərə alınanda, rəsmi rəqəmlərin daha da yüksək olacağı gözlənilir.

2009-cu ildə Sumqayıt məktəblilərinin 40,8%-i tələbə adını qazanmaqla, Azərbaycanda ən yüksək göstəriciyə imza atıblar. Qəbul imtahanlarında yüksək bilik nümayiş etdirən 101 nəfər məzun 600-dən, 26 nəfər isə 650-dən çox bal toplayıb. Ötən il daha 10 nəfər Prezident təqaüdünə layiq görülüb ki, bununla da onların sayı 52 nəfərə çatıb.

Xəbər lenti

Xəbər lenti