...

Azərbaycan paytaxtındakı müvəqqəti saxlanma təcridxanasından təqsirləndirilən şəxsin qaçması faktı ilə bağlı cinayət işi başlanılıb

Cəmiyyət Materials 17 Avqust 2010 14:01 (UTC +04:00)
Binəqədi Rayon Prokurorluğundan çərşənbə axşamı Trend-ə bildirilib ki, avqustun 15-də Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan şəxs - Məftun Musayev təcridxanadan qaçıb.
Azərbaycan paytaxtındakı müvəqqəti saxlanma təcridxanasından təqsirləndirilən şəxsin qaçması faktı ilə bağlı cinayət işi başlanılıb

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtındakı müvəqqəti saxlanma təcridxanasından təqsirləndirilən şəxsin qaçması faktı ilə bağlı cinayət işi başlanılıb.

Binəqədi Rayon Prokurorluğundan çərşənbə axşamı Trend-ə bildirilib ki, avqustun 15-də Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan şəxs - Məftun Musayev təcridxanadan qaçıb.

Cinayət Məcəlləsinin soyğunçuluq (180-ci) maddəsi ilə ittiham olunaraq həbs edilmiş Musayev, bir neçə gün öncə saxlanıldığı Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasından həbs müddətinin uzadılması ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına köçürülüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma maddəsi (304) ilə cinayət işi başlanılıb.

Musayevin tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti