...

Dünyanın aparıcı ekspertləri Trend İnformasiya Agentliyinin Beynəlxalq Ekspert Şurasının tərkibinə daxil olublar

Cəmiyyət Materials 30 Avqust 2010 17:48 (UTC +04:00)
Dünyanın bir sıra aparıcı ekspert və ictimai xadimləri Trend İnformasiya Agentliyinin Beynəlxalq Ekspert Şurasının (BEŞ) tərkibinə daxil olublar.
Dünyanın aparıcı ekspertləri Trend İnformasiya Agentliyinin Beynəlxalq Ekspert Şurasının tərkibinə daxil olublar

Dünyanın bir sıra aparıcı ekspert və ictimai xadimləri Trend İnformasiya Agentliyinin Beynəlxalq Ekspert Şurasının (BEŞ) tərkibinə daxil olublar.

Şuranın tərkibinə daxil olmaq barədə razılığı əldə olunub:

- "Heritage Foundation"nın Rusiya, Avrasiya və beynəlxalq enerji təhlükəsizliyi məsələsi üzrə aparıcı eksperti Ariel Koen;

- AFR-in xarici siyasət üzrə "Rusiya-Avrasiya" Mərkəzinin direktoru Aleksandr Rar;

- Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornel;

- ABŞ-nın Ceymstaun Fondunun böyük əməkdaşı Vladimir Sokor

- Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Analizlər Mərkəzinin (TURKSAM) prezidenti Sinan Oğan

- Qlazqo Universitetinin İranın siyasi məsələləri üzrə professoru Rza Təqizadə :

- Türkiyənin Araşdırmalar Mərkəzinin (USAD) rəhbəri və Hurriyet Daily News qazetinin şərhçisi Cəlal Cem Oğuz;

- İsrailin müdafiə nazirinin keçmiş müavini, İsrail hökumətinin bir neçə Nazirlər Kabinetinin keçmiş naziri, İsrailin Qafqaz üzrə aparıcı analitiki Yefraim Sne;

- Dəməşq Beynəlxalq Araşdırmalar İnstitutunun direktoru, Suriya Baş nazirinin keçmiş müşaviri Samir əl-Təqi;

- Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Təhlükəsizlik Mərkəzinin baş elmi işçisi Vladimir Yevseyev;

- MDU-nun Yenidənhazırlama və İxtisasartırma İnstitutunun sosialogiya və politologiya kafedrasının aspirantı, MDB ölkələri üzrə ekspert Stanislav Pritçin;

- Brüsseldəki Avropa Siyasi Mərkəzinin siyasi analitiki, Cənubi Qafqaz ölkələri üzrə ekspert Amanda Pol (Akçakotsa);

- İranın "Press TV" telekanalı rəhbərinin müavini, nüvə problemləri və Qafqaz üzrə ekspert Həsən Behiştipur;

- Qazaxıstanın "Risklərin qiymətləndirilməsi qrupu"nun direktoru, siyasi elmlər namizədi Dosım Satpayev;

- Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar;

- Yaxın Şərq və Fars Körfəzi Hərbi-Analitik İnstitutun tədqiqat və inkişaf şöbəsinin (INEGMA) direktoru Teodor Karasik;

- Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə;

- TİMETÜRK informasiya portalının direktoru Turan Qışlakçı;

- Kolumbiya Universiteti yanında Barnard kollecinin beynəlxalq münasibətlər və beynəlxalaq siyasət üzrə professoru Aleksandr Kuli və başqalarının.

Bundan əvvəl Beynəlxalq Ekspert Şurasının tərkibinə daxil olmaq barədə razılığı əldə olunub:

- Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Eldar İsmayılov;

- M.V.Lomonosov adına MDU-nun postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə İnformasiya-Analitik Mərkəzin baş direktoru Aleksey Vlasov;

- Rusiya Dövlət Humanitar Universitetinin Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev;

- Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu;

- Azərbaycan politoloqları Rasim Musabəyov və Fikrət Sadıxov;

- Hasilat sənayesində şəffaflığın artırılması üzrə Beynəlxalq Koalisiyanın nümayəndəsi, Azərbaycanın vətəndaş cəmiyyətindən EITI-də Beynəlxalq İdarə Heyətinin üzvü İnqilab Əhmədov;

- Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə;

- yazıçı-tarixçi, İran üzrə ekspert Yunus Oğuz;

- MDU-nun İnformasiy-Analitik Mərkəzinin baş direktoru Aleksandr Karavayev;

- "İzvestiya-Kazaxıstan" qəzetinin baş redaktoru Eduard Poletayev;

- Qazaxıstanın Sosial-Siyasi Araşdırmalar İnstitutunun direktoru Botaqoz Rakişeva;

Trend-in Ekspert Şurası Cənubi Qafqaz, Xəzər və Mərkəzi Asiya regionlarındakı proseslər haqqında inteqralaşdırılmış ekspert fikrinin yaranmasında məqsədyönlü fəal iştirakı prioritet hesab edir.

Trend Beynəlxalq Ekspert Şurasının tərkibinin genişləndirilməsi üzrə işi davam etdirəcək və BEŞ çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti