...

Prokuror Azərbaycanda dələduzluqda ittiham olunan bank əməkdaşlarına 30 ilə yaxın cəza istəyib

Cəmiyyət Materials 2 Sentyabr 2010 12:33 (UTC +04:00)
Prokuror Azərbaycanda dələduzluqda ittiham olunan bank əməkdaşlarına cəza istəyib.
Prokuror Azərbaycanda dələduzluqda ittiham olunan bank əməkdaşlarına 30 ilə yaxın cəza istəyib

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir H.Bağırov/

Prokuror Azərbaycanda dələduzluqda ittiham olunan bank əməkdaşlarına cəza istəyib.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxış edən prokuror "Əmrahbank" ASC-nin proqramlaşdırma şöbəsinin keçmiş müdiri Zaur Mehbalıyevin, həmin şöbənin mütəxəssisi Bəxtiyar Məmmədovun, Murad Şirinovun, Ramin Xəlilovun və Ziya Xudiyevin hər birinə 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışına hazırlaşmaq üçün hakimlərdən vaxt istəyib. Müdafiə tərəfinin istəyini nəzərə alan hakimlər, məhkəmə iclasını sentybarın 30-na kimi təxirə salıblar.

Təqsirləndirilən şəxslər "Əmrahbank"ın Gəncə filialından külli miqdarda pulu "Zaminbank"ın Masallı filialına qanunsuz olaraq köçürüblər. Onlar daha sonra "Zaminbank"ın Masallı filialından həmin pulu çıxararaq mənimsəyiblər.

Bundan başqa, təqsirləndirilən şəxslər bankın "Universal" filialından Tovuz filialına da xeyli miqdarda pul köçürməklə mənimsəmə hallarına yol veriblər. Eyni zamanda, təqsirləndirilənlər Rusiya vətəndaşlarının adına külli miqdarda saxta yolla pul yazaraq, həmin dövlətin banklarına köçürüblər.

Dəstənin həmin ölkədə olan üzvlərinin iştirakı ilə həmin pul çıxarılaraq, poçt vasitəsilə Azərbaycana qaytarılıb və burada mənimsənilib.

Xəbər lenti

Xəbər lenti