...

Azərbaycanın Sumqayıt şəhərində Lesya Ukrainkanın abidəsi ucaldılacaq

Cəmiyyət Materials 8 Sentyabr 2010 10:55 (UTC +04:00)
Azərbaycanın Sumqayıt şəhərində tanınmış Ukrayna şairi və yazıçısı Lesya Ukrainkanın (Larisa Petrovna Kosaç-Kvitka) 140 illiyi ilə əlaqədar abidəsi ucaldılacaq.
Azərbaycanın Sumqayıt şəhərində Lesya Ukrainkanın abidəsi ucaldılacaq

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir M. Əliyev/

Azərbaycanın Sumqayıt şəhərində tanınmış Ukrayna şairi və yazıçısı Lesya Ukrainkanın (Larisa Petrovna Kosaç-Kvitka) 140 illiyi ilə əlaqədar abidəsi ucaldılacaq. Bu barədə Trend-ə Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildiriblər.

Bu məqsədlə şəhərin Çerkassı küçəsində salınacaq parkın və abidənin layihəsi hazırlanır. Parkın ərazisinin uzunluğu 1 346 metr, eni 30-25 metr, ümumi sahəsi isə 40 716 kvadratmetr olacaq. Monumentin açılışı 2011-ci ilə planlaşdırılır.

Lesya Ukrainka 1871-ci ildə doğulub və 1913-cü ildə ağır xəstəlik nəticəsində dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti