...

Azərbaycanın bədii gimnastika üzrə komandası çoxnövçülükdə yeddinci yeri tutub (FOTO)

Cəmiyyət Materials 25 Sentyabr 2010 19:00 (UTC +04:00)
Nigar Əbdüsəlimova, Ceyla Quliyeva, Aelita Xələfova, Anastasiya Prasolova, Stefani Trayanova və Yevgeniya Jidkovadan ibarət qrup komandası Moskvada bədii gimnastika üzrə 30-cu yubiley Dünya Çempionatının çoxnövçülük üzrə yarışlarında ümumi yeddinci yeri tutub.
Azərbaycanın bədii gimnastika üzrə komandası çoxnövçülükdə yeddinci yeri tutub (FOTO)

Rusiya, Moskva, 25 sentyabr /Trend, xüsusi müxbir Y.Kriştalyov/

Nigar Əbdüsəlimova, Ceyla Quliyeva, Aelita Xələfova, Anastasiya Prasolova, Stefani Trayanova və Yevgeniya Jidkovadan ibarət qrup komandası Moskvada bədii gimnastika üzrə 30-cu yubiley Dünya Çempionatının çoxnövçülük üzrə yarışlarında ümumi yeddinci yeri tutub.

Əvvəlcə qızlar Alla Puqaçovanın "Bir milyon qızılgül" kompozisiyası altında beş halqa ilə oyun nümayiş etdiriblər. Hakimlər gimnastların ahəngdar çıxışlarını 25.475 balla qiymətləndiriblər. İkinci çıxış üç lent və iki iplə qızğın "Qaytağı" altında keçib. Bütün zal gimnastlarımızla rəqs edib. İki oyuna görə yekun qiymət 50.975 bal təşkil edib.

Çoxnövçülük üzrə çempioan italyanlar olub, ikinci yeri belaruslar tutub. Rusiyalıların üçüncü yerdə yarışları tərk etməsi böyük təəccüblə qarşılanıb. İlk dəfədir ki, rusiyalılar Dünya Çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmırlar.

Bugünkü çıxışların yekunu üzrə Azərbaycanın qrup gimnastları sabah "Olimpiya" İdman Kompleksinin arenasında keçiriləcək ayrı-ayrı növlər üzrə finala çıxıblar.

Xəbər lenti

Xəbər lenti