...

Azərbaycanın ali təhsil müəssisəsində törədilmiş terrorda təqsirli bilinənlərin işi Ali Məhkəməyə göndərilib

Cəmiyyət Materials 4 Oktyabr 2010 11:50 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində bu iş üzrə ömürlük azadlıqdan məhrum edilmiş Nadir Əliyev, Cavidan Əmirov və Nəcəf Süleymanov barələrindəki məhkəmə hökmündən apelyasiya şikayəti verərək onlara bəraət verilməsini istəyiblər.
Azərbaycanın ali təhsil müəssisəsində törədilmiş terrorda təqsirli bilinənlərin işi Ali Məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın ali təhsil müəssisəsində törədilmiş terrorda təqsirli bilinənlərin işi Ali Məhkəməyə göndərilib.

Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində bu iş üzrə ömürlük azadlıqdan məhrum edilmiş Nadir Əliyev, Cavidan Əmirov və Nəcəf Süleymanov barələrindəki məhkəmə hökmündən apelyasiya şikayəti verərək onlara bəraət verilməsini istəyiblər.

Apelyasiya şikayəti üzrə keçirilən prosesdə təqsirləndirilənlərin vəkilləri məhkəmə istintaqının aparılmasını tələb etsələr də, məhkəmə onların vəsatətini təmin etməyib.

Vəkillər Bakı Apelyasiya Məhkəməsinin bu qərardadından kassasiya şikayəti verdikləri üçün iş materiallarının Ali Məhkəməyə göndərilməsi barədə qərar qəbul edilib.

2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri isə yaralayıb. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Cinayət işi üzrə həbs edilmiş Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyevə Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham elan olunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Nadir Əliyev, Cavidan Əmirov və Nəcəf Süleymanov ömürlük azadlıqdan məhrum edilib, Ariz Qabulova isə 11 il azadlıqdan məhrumetmə cəzası verilib.

Xəbər lenti

Xəbər lenti