...

Rusiya səfirliyində Azərbaycanın böyük rəssamı haqqında filmin nümayişi olub

Cəmiyyət Materials 6 Oktyabr 2010 17:32 (UTC +04:00)
Bu gün Rusiyanın Azərbaycandakı səfirliyində rejissor Ziya Şıxlinskinin Azərbaycanın böyük rəssamı Tahir Salahov haqqında çəkdiyi "Ürəklə şəkil çəkən rəssam" filminin nümayişi keçirilib.
Rusiya səfirliyində Azərbaycanın böyük rəssamı haqqında filmin nümayişi olub

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Bu gün Rusiyanın Azərbaycandakı səfirliyində rejissor Ziya Şıxlinskinin Azərbaycanın böyük rəssamı Tahir Salahov haqqında çəkdiyi "Ürəklə şəkil çəkən rəssam" filminin nümayişi keçirilib.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin sözlərinə görə, bu gün səfirliyə gələnlərin hamısı ilk növbədə Tahir Salahova hörmət əlaməti və ən dərin hissləri bildirmək üçün gəliblər.

"Eyni zamanda istedadlı, cazibədar və dahi olan əfsanəvi insan haqqında filmə görə minnətdaram, sağ olun ki, onu bizim səfirlikdə göstərirsiniz, - Doroxin bildirib. - Tahir Salahov vətənimin dahi vətəndaşıdır".

Səfirin sözlərinə görə, nəsillərin ölkələrin inkişafında rolu böyükdür. "Salahov kimi nəsillər sayəsində ölkələrimiz arasında münasibətlər indiki kimi yüksək səviyyədə qalacaq", - diplomat qeyd edib.

Filmin rejissorunun sözlərinə görə, filmin uğur qazanması üçün dahi Azərbaycan bəstəkarı Qara Qarayevin musiqisinin böyük əhəmiyyəti olub.

"Mən tanınmış şəxslər haqqında film çəkmişəm və mənim üçün ən tanınmış şəxs Salahovdur", - o qeyd edib.

Rejissorun sözlərinə görə, çəkiliş qrupu Salahov haqqında filmi ürəklə çəkib.

Filim nümayiş olunduqdan sonra Salahov yaradıcı insanlar üçün bayrama görə səfirliyə təşəkkür edib.

Xəbər lenti

Xəbər lenti