...

Azərbaycanda xarici ölkələr tərəfindən tikilən məscidlər daha çox Küveyt və Türkiyə dövlətləri tərəfindən maliyyələşdirilib (YENİLƏNİB)

Cəmiyyət Materials 8 Oktyabr 2010 13:33 (UTC +04:00)
Azərbaycanda məscidlərin əksəriyyəti 1990-cı illərdə və ondan sonra tikilib və onların əksəriyyəti də qanunsuz inşa olunub, - Trend-in məlumatına görə, bunu cümə günü hakim Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.
Azərbaycanda xarici ölkələr tərəfindən tikilən məscidlər daha çox Küveyt və Türkiyə dövlətləri tərəfindən maliyyələşdirilib (YENİLƏNİB)

RED: əlavəsi: Hidayət Orucovun fikirləri əlavə olunub

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanda məscidlərin əksəriyyəti 1990-cı illərdə və ondan sonra tikilib və onların əksəriyyəti də qanunsuz inşa olunub, - Trend-in məlumatına görə, bunu cümə günü hakim Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

Orucovun sözlərinə görə, bu müddət ərzində Küveyt Azərbaycanda 73, Türkiyə 21, Səudiyyə Ərəbistanı isə 1 məscid tikib.

Orucov rəhbərlik etdiyi komitənin qanunsuz tikilmiş məscidlərin qanuniləşdirilməsi ilə məşğul olduğunu deyib.
"Qanunla ibadət yerlərinin tikintisi, bərpası və əsaslı təmiri Dini Komitənin rəyi əsasında həyata keçirilir. Bu məsələ komitə sədri yanında yaradılmış şurada müzakirə olunur və sonda tikinti barədə qərar verilir", - Orucov vurğulayıb.

İndiyədək Azərbaycanda bir dənə də olsun, qanuni tikilmiş məscidin sökülmədiyini deyən Orucov bildirib ki, yalnız qanunsuz tikintilər sökülüb və bundan sonra da söküləcək.

"Bundan sonra qanunsuz tikintiyə icazə verilməyəcək", - Dövlət Komitəsinin sədri bildirib.

Komitə rəsmisi qeyd edib ki, məscid adı ilə tikilən qanunsuz tikililər sökülərkən bəzi qüvvələr ajiotaj yaratmaq, öz fəaliyyətlərini ört-basdır etmək məqsədilə cəmiyyətə yanlış informasiyalar ötürürlər, beynəlxalq təşkilatların diqqətini bu məsələyə yönəltməyə cəhd edirlər.

Xəbər lenti

Xəbər lenti