...

Litvanın elm və təhsil naziri bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Cəmiyyət Materials 18 Oktyabr 2010 16:38 (UTC +04:00)
Litvanın elm və təhsil naziri Gintaras Steponaviçus oktyabrın 15-də bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Litvanın elm və təhsil naziri bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir T.Hacıyev/

Litvanın elm və təhsil naziri Gintaras Steponaviçus oktyabrın 15-də bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Bu barədə bazar ertəsi Litvanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, Litvanın Elm və Təhsil Nazirliyində keçirilən görüş zamanı nazir Steponaviçus azərbaycanlı tələbələri səmimiyyətlə qarşılayıb və onların Litvadakı təhsili və həyat tərzi barədə fikir mübadiləsi aparıb.

"Biz sevinirik ki, gənc nəsil Azərbaycan və Litva arasında təhsil sahəsindəki münasibətlərin möhkəmlənməsində yaxından iştirak edirlər", - nazir bildirib.

Azərbaycanlı tələbələr də Litvanın elm və təhsil naziri tərəfindən şəxsən qəbul olunduqlarına görə şərəf duyduqlarını bildiriblər.

Hazırda Litvanın müxtəlif universitetlərində 30-a yaxın azərbaycanlı tələbə təhsil alır. Onların bir hissəsi Litvanın Azərbaycandakı səfirliyi ilə Heydər Əliyev Fondu arasında imzalanmış memorandum əsasında təhsil alırlar. Digər azərbaycanlı tələbələrin digər qismi isə özlərinin bir başa seçdikləri universitetlərdə təhsil alırlar.

Xəbər lenti

Xəbər lenti