...

ATƏT-in Bakı Ofisi Polis və Daxili Qoşunlar üçün ictimai toplantıların idarə olunmasına dair seminar keçirir

Cəmiyyət Materials 23 Noyabr 2010 00:30 (UTC +04:00)
ATƏT-in Bakı Ofisinin Polis və Daxili Qoşunlar üçün kütləvi toplantıların qeyri-zorakı metodlarla idarə olunmasına dair təşkil etdiyi iki həftəlik seminar bazat ertəsi Gəncədə başlayıb.
ATƏT-in Bakı Ofisi Polis və Daxili Qoşunlar üçün ictimai toplantıların idarə olunmasına dair seminar keçirir

Azərbaycan, Bakı, 23  noyabr / Trend, müxbir İ.Hüseynov /

ATƏT-in Bakı Ofisinin Polis və Daxili Qoşunlar üçün kütləvi toplantıların qeyri-zorakı metodlarla idarə olunmasına dair təşkil etdiyi iki həftəlik seminar bazat ertəsi Gəncədə başlayıb.

"Toplaşma azadlığı demokratik cəmiyyətdə fundamental hüquq sayılır. İki həftəlik intensiv təlimlər zamanı, ATƏT öhdəlikləri, beynəlxalq standartlar və insan haqları təcrübəsinə uyğun olaraq, ictimai toplantıların idarə olunmasında müvafiq tədbirlərin görülməsi və mütənasib metodların tətbiq olunması xüsusi vurğulanacaq", ATƏT-in Bakı Ofisinin Baş Polis Mütəxəssisi Marko Kubni bildirib.

Yetmiş yüksək rütbəli zabit üçün nəzərdə tutulan seminar nəzəri və praktiki məşğələlərdən ibarətdir.  Bu tədbir, ictimai toplantıların qeyri-zorakı metodlarla idarə olunmasında Azərbaycan Polisi və Daxili Qoşunlarının bacarıqlarının təkmilləşdirilməsi üçün ATƏT-in Bakı Ofisinin həyata keçirdiyi proqramın tərkib hissəsidir.

Nümayişlər zamanı polisin rolu, insan şərəfinə hörmət və onun qorunması, irimiqyaslı nümayişlər zamanı polis əməliyyatları, saxlanan şəxslərlə davranış və söz azadlığı kimi məsələlər seminarın nəzəri hissəsinin əsas mövzuları olacaq. Praktiki məşğələlər isə fərqli vəziyyətlərdə gərginliyin aradan qaldırılması və müxtəlif toplantıların idarə olunması üçün polisin fəaliyyətinə həsr olunacaq.

Almaniya Hökumətinin maliyyələşdirdiyi təlim proqramını alman polis zabitləri həyata keçirir.

Xəbər lenti

Xəbər lenti