...

Azərbaycanda 1920-ci ildə keçirilmiş Şərq xalqlarının Bakı qurultayının reallıqları müzakirə olunur

Cəmiyyət Materials 23 Noyabr 2010 14:08 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutu və Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutunun birgə təşkilatçılığı ilə çərşənbə axşamı "Şərq xalqlarının Bakı qurultayı - 1920: tarix və reallıqlar" mövzusunda beynəlxalq elmi konfrans başlayıb.
Azərbaycanda 1920-ci ildə keçirilmiş Şərq xalqlarının Bakı qurultayının reallıqları müzakirə olunur

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutu və Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutunun birgə təşkilatçılığı ilə çərşənbə axşamı "Şərq xalqlarının Bakı qurultayı - 1920: Tarix və reallıqlar" mövzusunda beynəlxalq elmi konfrans başlayıb.

"Konfrans çərçivəsində 90 il əvvəl baş tutan qurultayın işi təhlil olunacaq, bu günədək elmə məlum olmayan faktlar araşdırılacaq", - konfransın açılışında Şərqşünaslıq İnstitutun direktoru Gövhər Baxşəliyeva bildirib.

Onun sözlərinə görə, konfransın işində Avropa və Asiyanın 11 ölkəsindən olan alimlər məruzələrlə çıxış edəcəklər.

AMEA-nın vitse-prezidenti, Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı tədbirdə bildirib ki, 1920-ci ildə keçirilən konfrans şərq ölkələrinin tarixinin vacib səhifəsidir.

Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutunun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Turac Atabəki konfransın açılışında qeyd edib ki, bir çox postsovet dövlətlərində ölkənin Sovet İttifaqı dövründəki tarixinə yer ayrılmır və Azərbaycanda bu cür tədbir keçirilməsi ölkənin bütün dövr tarixinə diqqət ayırdığını göstərir.

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov 1920-ci ildə təşkil olunan Şərq xalqlarının Bakı qurultayının əsl mahiyyətindən danışıb. Onun sözlərinə görə, reallıqda bu konfransın keçirilməsi dünyadakı sosialist inqilabına hazırlıq xarakteri daşıyıb, lakin bu ideyanı həyata keçirmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti