...

Prezident İlham Əliyev Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarını təltif edib

Cəmiyyət Materials 26 Noyabr 2010 20:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarını təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan xalqının ədəbi-mədəni irsinin qorunması, tədqiqi və təbliği işində xidmətlərinə görə Ədəbiyyat Muzeyinin əməkdaşları - Hacıyev İlqar Vaqif oğlu, Mövlayeva Səmayə Ələkbər qızı və Şamilova Kübra Əsədulla qızı "Tərəqqi" medalı ilə təltif ediliblər.

Prezident İlham Əliyevin digət bir sərəncamı ilə Azərbaycan xalqının ədəbi-mədəni irsinin qorunması və təbliği işində xidmətlərinə görə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarına - Şatikov Stanislav Afanasyeviçə "Əməkdar rəssam", Babanlı Tomris Rəhimağa qızı, Hüseynova Sədaqət Niftalı qızı və Mahmudova İradə Qədirhüseyn qızına "Əməkdar mədəniyyət işçisi" fəxri adları verilib.

Xəbər lenti

Xəbər lenti