...

Azərbaycanda jurnalistlər üçün pulsuz tibbi müayinə keçiriləcək

Cəmiyyət Materials 17 Dekabr 2010 14:09 (UTC +04:00)
Azərbaycanda jurnalistlər üçün pulsuz tibbi müayinə keçiriləcək
Azərbaycanda jurnalistlər üçün pulsuz tibbi müayinə keçiriləcək

Azərbaycan, Bakı, 17 dekabr /Trend/ Azərbaycanda jurnalistlər üçün pulsuz tibbi müayinə keçiriləcək.

Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü ilə ölkə jurnalistləri "Ankara medical center"da pulsuz tibbi müayinədən keçə biləcəklər, Trend-in məlumatına görə, assosiasiyanın prezidenti Sevil Yusifova keçirdiyi mətbuat konfransında bəyan edib ki, bu aksiyanı keçirməkdə məqsəd jurnalistlərin sağlamlığının qorunması və səhhətlərinə diqqət yetirmələrinə imkan yaratmaqdır.

Bu aksiyanın xəbər agentliklərinin, gündəlik qəzetlərin və televiziyaların xəbərlər bölümündə çalışan yaradıcı heyətə şamil olunacağını deyən Yusifova bildirib ki, jurnalistlərin işi çox ağırdır, onların gərgin iş qrafikləri var.

"Onlar millətimizin məlumatlandırılmasına, milli maraqların qorunmasına öz fəaliyyətləri ilə töhfələrini verirlər".

"Ankara medical center"in baş həkimi Zülfüqar Yusifov bildirib ki, bütün qarın boşluğunun USM, EKQ, qanın ümumi müayinəsi, sedimentasiya, protrombin indeksi, qanın laxtalanması, sidiyin ümumi müayinəsi, nəcis müayinəsi kimi müayinələr dekabrın 20-dən yanvarın 31-nə kimi həftənin 2-ci və 6-cı günləri redaksiyalar tərəfindən təqdim olunmuş siyahılar əsasında jurnalistlər üçün pulsuz həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti