Azərbaycan Prezidenti İlham Əliyev bazar günü Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə Dövlət Rus Dram Teatrının əməkdaşlarına - Nikuşina Aleksandra Konstantinovnaya "Xalq artisti", Aslanova Elmira Ramazanovna, İbrahimova Naina Ağaəli qızı, Nağıyev Ömür Məlik oğlu və Spitsina Yelena Eduardovnaya "Əməkdar artist", Fyodorov Aleksandr Petroviçə isə "Əməkdar mədəniyyət işçisi" fəxri adları verilib.