...

2010-2011-ci tədris ilinin qəbul imtahanlarında 60 faizdən çox abituriyent 200-dən az bal toplayıb –TQDK

Cəmiyyət Materials 25 Yanvar 2011 13:48 (UTC +04:00)
2010-2011-ci tədris ilinin 60 faizdən çox abituriyenti qəbul imtahanlarında 200-dən aşağı bal toplayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
2010-2011-ci tədris ilinin qəbul imtahanlarında 60 faizdən çox abituriyent 200-dən az bal toplayıb –TQDK

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir Z.Əhmədova/

2010-2011-ci tədris ilinin 60 faizdən çox abituriyenti qəbul imtahanlarında 200-dən aşağı bal toplayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

"2010-cu ildə abituriyentlərin 61,6 faizi Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında minimum səviyyədən aşağı bal toplayıblar", - Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu göstərici ildən-ilə dəyişilməz olaraq qalır. 2010-cu ilin qəbul imtahanlarında Azərbaycan təhsil sektoru abituriyentlərinin orta göstəricisi 137 bal, rus sektorunun göstəricisi isə 219 bal təşkil edib.

Xəbər lenti

Xəbər lenti