...

Azərbaycanda bitkilərin genetik bankı yaradılacaq

Cəmiyyət Materials 26 Yanvar 2011 18:10 (UTC +04:00)
Azərbaycanın Milli Məclisi yaz sessiyasında "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsini müzakirə edəcək. Trend-in məlumatına görə,Milli Məclisin bu barədə yaydığı məlumatda bildirilir ki, Parlamentin Aqrar siyasət komitəsinin çərşənbə günü keçirilən iclasında qanun layihəsi müzakirə olunub.
Azərbaycanda bitkilərin genetik bankı yaradılacaq

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Milli Məclisi yaz sessiyasında "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsini müzakirə edəcək. Trend-in məlumatına görə, Milli Məclisin bu barədə yaydığı məlumatda bildirilir ki, Parlamentin Aqrar siyasət komitəsinin çərşənbə günü keçirilən iclasında qanun layihəsi müzakirə olunub.

Sənəddə Azərbaycanın iqlim şəraitini, torpaq xüsusiyyətlərini nəzərə alaraq, bitkilərin genetik bankının yaradılması, daxili bazarın qorunması istiqamətində atılan addımlar əks olunub.

Komitənin iclasında "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi müzakirə olunaraq, Milli Məclisin plenar iclasına tövsiyə olunub. Layihə ilə bağlı 2010-cu ilin dekabr ayında müzakirələr aparılıb, təkliflər daxil olub, bu sahədə beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə Almaniyaya mütəxəssislərin göndərilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti