...

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-2011-ci illər üçün qəbul imtahanlarının proqramını elan edəcək

Cəmiyyət Materials 10 Fevral 2011 20:15 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası gələn həftə 2010-2011-ci illər üçün Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarının proqramını elan edəcək. Bu barədə cümə axşamı jurnalistlərə komissiya sədri Məleykə Abbaszadə deyib.
Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-2011-ci illər üçün qəbul imtahanlarının proqramını elan edəcək

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir M.Əliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası gələn həftə 2010-2011-ci illər üçün Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarının proqramını elan edəcək. Bu barədə cümə axşamı jurnalistlərə komissiya sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, proqramdakı dəyişikliklər onun məzmununa da təsir göstərəcək.

"Bu il qəbul imtahanlarında yeniliklər olamayacaq, cüzi dəyişikliklər bu və ya digər fənlər üzrə proqramlara aid olacaq", - Abbaszadə qeyd edib.

Abbaszadənin sözlərinə görə, qəbul imtahanları Lənkəranda da təşkil edilə bilər.

Ötən il qəbul imtahanları Bakı, Naxçıvan, Sumqayıt və Gəncədə keçirilib.

Xəbər lenti

Xəbər lenti