Azərbaycan, Bakı, 20 fevral /Trend/
Xocalı soyqırımının 19-cu ildönümü ərəfəsində, Azərbaycan və Türkiyə türkcələrində olmaqla "Xocalı Soyqırımı: şahidlərin dili ilə" ("Hocalı Soykırımı: tanıkların dilinden") adlı kitab işıq üzü görüb.
Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva vg Dajlıq Qarabajın Azgrbaycanlı İcmasının İdarə heyətinin üzvü, keçmiş millət vəkili Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazır¬lanmış kitab, "Elm və Təhsil" Nəşrlər Evində nəfis tərti¬batla nəşr edilib.
Adından da göründüyü kimi, kitab Xocalı soyqırımını şahid¬lərin dili ilə oxucuya çatdırır. Kitabda Xocalı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalmış Xocalı sakinlərinin acı xatirələri yer almışdır. Kitabda həmin dövrdə Xocalı soyqırımı ilə bağlı dünya mediasında dərc olunmuş məqalələr; ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı fikirləri, bəyanatları; Azərbaycan Respublikası Milli Məclisinin dünya parlamentlərinə müraciətləri də öz əksini tapmışdır. Bundan başqa, kitabda bu soyqırımla bağlı müxtəlif beynəlxalq təşkilatlarda yayılmış və qəbul olunmuş sənədlər də yer almışdır. Burada həmçinin soyqırım dəhşətlərini, ümumən erməni terrorunu əks etdirən foto-faktlar, dəqiq rəqəmlərlə tərtib olunmuş siyahılar, o cümlədən, həlak olan, əsir və girov götürülən, itkin düşən Xocalı sakinlərinin, bütün üzvləri öldürülmüş ailələrin və s. siyahılar verilmişdir.
Ümumiyyətcə, adıkeçən kitabın Türkiyə türkcəsində nəşr olunmasında məqsəd, Xocalı həqiqətlərinin (ümumən Azərbaycan həqiqətlərinin) daha geniş təbliği işinə xidmət edir. Kitab Türkiyənin İstanbul, Yalova, İsparta, İzmir şəhərlərində, eləcə də paytaxt Ankarada, Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbirlərində ictimaiyyətə təqdim olunacaq və yayılacaqdır.
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva artıq Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün Türkiyəyə yola düşmüşdür. Bu gün Yalovada Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbirləri keçiriləcək və bu tədbirlər çərçivəsində "Hocalı soykırımı: tanıkların dilinden" kitabının təqdimatı və yayımı təşkil olunajaq.
Qeyd edək ki, kitabın Azərbaycan dilində olan versiyası Bakıda, soyqırımın ildönümü günü - fevralın 26-da ictimaiyyətə təqdim olunacaqdır. Bundan sonra xüsusilə xaricdə yaşayan soydaşlarımız arasında, Azərbaycan diasporunun fəalları ara¬sında geniş yayılmaq üçün xarici ölkələrə göndəriləəəkdir. Müəlliflər yaxın zamanlarda kitabın ingilis dili versiyasının da işıq üzü görəəəyini bildiriblər.
Kitabın redaktoru Azərbaycanda Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalıdır.