Azərbaycan, Bakı, 21 fevral / Trend , müxbir E.Tarıverdiyeva/
Azərbaycanın Liviyadakı səfirliyinə bu ərəb ölkəsindəki iğtişaşlarla əlaqədar hələlik müraciət daxil olmayıb. Bu barədə Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.
"Hazırda Liviyada olan vətəndaşlarımızdan səfirliyə müraciət daxil olmayıb", - o, bildirib.
Artıq bir neçə gündür ki, Liviyanın şəhərlərində 40 ildən çox müddətdə ölkəni idarə edən Müəmmər Qəddafinin istefası tələbi ilə nümayişlər davam edir. Benqazi şəhərində polis və ordu nümayişçilərə atəş açıb, 200-dən artıq adam həlak olub. Bazar ertəsinə keçən gecə toqquşmalar ölkənin paytaxtı Tripoliyə də yayılıb.