...

Azərbaycanda "Diffamasiya haqqında" qanun layihəsi Parlamentə təqdim olunacaq – Əflatun Amaşov

Cəmiyyət Materials 3 Mart 2011 14:51 (UTC +04:00)
"Diffamasiya haqqında" qanun layihəsi may ayına qədər Azərbaycan Parlamentinə təqdim olunacaq. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Azərbaycanda "Diffamasiya haqqında" qanun layihəsi Parlamentə təqdim olunacaq – Əflatun Amaşov

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir T.Hacıyev/

"Diffamasiya haqqında" qanun layihəsi may ayına qədər Azərbaycan Parlamentinə təqdim olunacaq. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

"Artıq diffamasiya ilə bağlı qanun layihəsi hazırdır. Həmin layihəni ekspertlərə göndərmişik və onların cavabını gözləyirik. Ekspertlərdən cavab aldıqdan sonra bir neçə konfrans keçirəcəyik və bu sahədə fəaliyyət göstərən ekspertləri həmin tədbirə dəvət edəcəyik. Qanun layihəsinin bir neçə dəfə müzakirəsindən sonra onu Parlamentə təqdim edəcəyik. Düşünürəm ki, may ayına qədər bu məsələləri yekunlaşdıra biləcəyik", - Amaşov əlavə edib.

O, deyib ki, jurnalist yazdığı yazıya görə məsuliyyət daşımalıdır, ancaq həbs olunmalı deyil. Buna görə də diffamasiya haqqında qanunun qəbul edilməsi vacibdir.

"Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupa millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.

"Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası Parlamentə müraciət etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşuldu. Qanun layihəsi ATƏT-in ekspertizasından keçib.

Xəbər lenti

Xəbər lenti