...

Azərbaycanda notariatlarla bağlı "Qaynar xətt" yaradılıb

Cəmiyyət Materials 14 Mart 2011 15:43 (UTC +04:00)
"Qaynar xətt" həftənin 1-5-ci günləri saat 10:00-dan 18:00-a qədər fəaliyyət göstərir.
Azərbaycanda notariatlarla bağlı "Qaynar xətt" yaradılıb

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda notariatlarla bağlı "Qaynar xətt" yaradılıb.

Azərbaycan Hüquqşünaslar Forumundan Trend-ə verilən məlumata görə, forumun həyata keçirdiyi "Notariuslarda şəffaflığın təkmilləşdirilməsi" layihəsi çərçivəsində yaradılan "Qaynar xətt" vasitəsilə notariat xidmətlərinin həyata keçirilməsi ilə bağlı, o cümlədən notariat orqanlarının qanunsuz hərəkətləri və korrupsiya halları ilə üzləşən şəxslərə informasiya və məsləhətlərin verilməsi nəzərdə tutulur.

"Qaynar xətt" həftənin 1-5-ci günləri saat 10:00-dan 18:00-a qədər fəaliyyət göstərir.

Layihə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.

"Qaynar xətt"ə müraciət etmək istəyən şəxslər (012) 498 81 75, (012) 498 94 80 nömrələrinə zəng edə bilərlər.

Xəbər lenti

Xəbər lenti