...

Türkiyəli hakimlər azərbaycanlı həmkarlarına korrupsiya ilə mübarizə üzrə beynəlxalq təcrübəni öyrədiblər

Cəmiyyət Materials 17 Mart 2011 20:26 (UTC +04:00)
Məhkəmə Hüquq Şurasından Trend-ə verilən məlumata görə, təlimlərlə bağlı Azərbaycanda səfərdə olan türkiyəli hakimlər - Engin Durnagöl və Seyfullah Çakmah cümə axşamı Məhkəmə Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvləri ilə görüşüblər.
Türkiyəli hakimlər azərbaycanlı həmkarlarına korrupsiya ilə mübarizə üzrə beynəlxalq təcrübəni öyrədiblər

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir K.Zərbalıyeva/

Türkiyəli hakimlər azərbaycanlı həmkarlarına korrupsiya ilə mübarizə üzrə beynəlxalq təcrübəni öyrədiblər.

Məhkəmə Hüquq Şurasından Trend-ə verilən məlumata görə, təlimlərlə bağlı Azərbaycanda səfərdə olan türkiyəli hakimlər - Engin DurnagölSeyfullah Çakmah cümə axşamı Məhkəmə Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvləri ilə görüşüblər.

Görüşdə Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə həyata keçirilmiş islahatlar, hakimliyə namizədlərin ən mütərəqqi üsullarla seçimi və tədrisinin təşkili, Türkiyə ilə hüquqi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanda səfərlərindən, o cümlədən hakimlər və prokurorlar üçün korrupsiyaya qarşı mübarizə üzrə keçirilən təlimlərdə iştirak etmələrindən məmnun olduqlarını bildirən qonaqlar, ölkəmizdə məhkəmə sisteminin davamlı inkişafına nail olunduğunu qeyd edib, qarşılıqlı əlaqələrin hər iki tərəf üçün əhəmiyyətini vurğulayıblar.

Tədbirdə məhkəmə fəaliyyətində korrupsiyaya şərait yaradan hallar və onlarla mübarizə, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların seçimi proseduru və digər məsələlərlə bağlı faydalı təcrübə mübadiləsi aparılıb, konkret əməkdaşlıq tədbirləri barədə razılıq əldə edilib.

Qonaqlar həmçinin Ali Məhkəmənin fəaliyyəti ilə tanış olub, məhkəmənin binasının Avropanın ən gözəl məhkəmə binalarından biri olduğunu və belə bir ədalət sarayının inşasının ölkəmizdə məhkəmə hakimiyyətinə verilən böyük önəmin təzahürü olduğunu vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti