...

Sabah Bakı dumanlı olacaq, ölkənin dağlıq ərazilərində sulu qar yağacaq

Cəmiyyət Materials 5 Aprel 2011 12:09 (UTC +04:00)
Sabah Bakıda dumanlı hava müşahidə ediləcək. Ölkənin dağlıq ərazilərində sulu qar yağacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Sabah Bakı dumanlı olacaq, ölkənin dağlıq ərazilərində sulu qar yağacaq

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

Sabah Bakıda dumanlı hava müşahidə ediləcək. Ölkənin dağlıq ərazilərində sulu qar yağacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında aprelin 6-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, günün ikinci yarısında isə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 6-da şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə yağıntının sulu qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti