...

Azərbaycan rayonlarının əksəriyyətində çayların sululuğu ongünlük normadan aşağıdır

Cəmiyyət Materials 11 Aprel 2011 17:25 (UTC +04:00)
Azərbaycan rayonlarının əksəriyyətində çayların sululuğu ongünlük normadan aşağıdır.
Azərbaycan rayonlarının əksəriyyətində çayların sululuğu ongünlük normadan aşağıdır

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir M.Əliyev

Azərbaycan rayonlarının əksəriyyətində çayların sululuğu ongünlük normadan aşağıdır. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Hazırda Lənkəran-Astara bölgəsi, Kiçik Qafqaz çaylarında, Naxçıvan Muxtar Respublikası çaylarında sululuq səviyyəsi ongünlük normadan demək olar iki dəfə aşağıdır. Quba-Xaçmaz bölgəsi çaylarda suyun səviyyəsi normanın 60-160 səviyyəsini təşkil edir. Çaylarda sululuğun səviyyəsində artım Balakən-Şəki zonasında ongünlük normanın 110-150 faizi səviyyəsindədir.

Hazırda Kürün aşağı axarındakı Surra məntəqəsində suyun səviyyəsi 578 sm (2010-cu il aprelin 11-də 778 sm idi), Şirvanda 483 sm (691 sm), Bankədə 313 sm (436 sm), Salyanda 416 sm (703 sm), Araz çayının Novruzlu məntəqəsində isə 295 sm (548 sm) təşkil edir.

Xəbər lenti

Xəbər lenti