...

"Dədə Qorqud" Fondu və "Azərbaycan dünyası" jurnalı Azərbaycan alimini ölümündən sonra "Qızıl ürək" ordeni ilə təltif edəcək

Cəmiyyət Materials 11 Aprel 2011 18:09 (UTC +04:00)
"Dədə Qorqud" Beynəlxalq Fondu və "Azərbaycan dünyası" jurnalı istedadlı alim, Mərkəzi Neftçilər Xəstəxanasının sabiq baş həkimi Fəxrəddin Cavadovu elmin və milli tibbin inkişafında xidmətlərinə görə ölümündən sonra "Qızıl ürək" oredni ilə təltif edəcək.
"Dədə Qorqud" Fondu və "Azərbaycan dünyası" jurnalı Azərbaycan alimini ölümündən sonra "Qızıl ürək" ordeni ilə təltif edəcək

Azərbaycan, Bakı, 11 aprel /Trend/

"Dədə Qorqud" Beynəlxalq Fondu və "Azərbaycan dünyası" jurnalı istedadlı alim, Mərkəzi Neftçilər Xəstəxanasının sabiq baş həkimi Fəxrəddin Cavadovu elmin və milli tibbin inkişafında xidmətlərinə görə ölümündən sonra "Qızıl ürək" oredni ilə təltif edəcək.

Bu qərar "Dədə Qorqud" Fondunun Ağsaqqal Şurası tərəfindən qəbul edilib. Bu barədə Trend-ə bazar ertəsi "Azərbaycan dünyası" jurnalının təsisçisi və baş redaktoru, "Dədə Qorqud" Fondunun prezidenti Eldar İsmayılov deyib.

Fəxrəddin Cavadov Azərbaycanda ürək, böyrək, qaraciyər transplantasiyası, süni ürək aparatının tətbiqi kimi sahələrin inkişafında böyük xidmətləri olub və bu sahədə milli kadrların hazırlanmasında böyük rol oynayıb.

"Azərbaycan dünyası" jurnalının növbəti nömrəsi məşhur həkimin xatirəsinə həsr edilib.

"Azərbaycan dünyası" jurnalı 1998-ci ildə təsis edilib. Jurnalın səhifələrində Azərbaycanın iqtisadi, siyasi və mədəni sahələrdəki uğurları əks olunub.

Xəbər lenti

Xəbər lenti