...

Azərbaycanda sürücülərə son xəbərdarlıqdan sonra yükdaşıma qaydalarının pozulması halları azalıb - yol polisi

Cəmiyyət Materials 30 Aprel 2011 12:19 (UTC +04:00)
Azərbaycanda sürücülərə sonuncu dəfə xəbərdarlıq edildikdən sonra yükdaşıma qaydalarının pozulması hallarının sayı azalıb. Bu barədə Trend-əRespublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.
Azərbaycanda sürücülərə son xəbərdarlıqdan sonra yükdaşıma qaydalarının pozulması halları azalıb - yol polisi

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda sürücülərə sonuncu dəfə xəbərdarlıq edildikdən sonra yükdaşıma qaydalarının pozulması hallarının sayı azalıb. Bu barədə Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, konstruksiyaları dəyişdirilmiş avtomobilləri bu il mayın 1-dək istehsalçı zavodun müəyyən etdiyi normalara uyğunlaşdırmaqla yük daşıma qaydalarına riayət olunması ilə bağlı sürücülərə müraciətdən sonra bu sahədə dönüş yaranıb.

Əliyevin dediyinə görə, aparılan reydlər zamanı aşkar edilən belə avtomobillərin sayı günbəgün azalır.

O, əksər yük maşınlarının istehsalçı zavodun həmin avtomobillər üçün müəyyən etdiyi normalara uyğunlaşdırıldığını deyib.

"Xəbərdarlığa məhəl qoymayan sürücülər, hüquqi və fiziki şəxslər ciddi cəzalandırılacaqlar", - şöbə rəisi bildirib.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində qeyd olunur ki, bu qayda pozuntusuna yoll verən fiziki şəxslər 30-50 manat, vəzifəli şəxslər 150-200 manat, hüquqi şəxslər isə 1500-2000 manat məbləğində cərimələnirlər.

Bir neçə gün öncə Daxili İşlər və Nəqliyyat nazirlikləri yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri, eləcə də sürücüləri xəbərdar edərək, onları konstruksiyalarında dəyişikliklər edilmiş avtomobilləri mayın 1-dək istehsalçı zavodun həmin avtomobillər üçün müəyyən etdiyi normalara uyğunlaşdırmaqla yük daşıma qaydalarına ciddi riayət etməyə çağırıb.

Əks təqdirdə həmin şəxslər barəsində Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq, inzibati tənbeh tədbirləri görülməklə, nəqliyyat vasitələrinin yol hərəkətində iştirakdan kənarlaşdırılacağı bildirilib.

Xəbər lenti

Xəbər lenti