...

Azərbaycanda reklam qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac var - millət vəkili

Cəmiyyət Materials 30 Aprel 2011 12:42 (UTC +04:00)
Azərbaycanda reklam qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac var. Bunu Trend-ə şənbə günü millət vəkili, parlamentin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib.
Azərbaycanda reklam qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac var - millət vəkili

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda reklam qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac var. Bunu Trend-ə şənbə günü millət vəkili, parlamentin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, reklamların, xüsusilə küçə reklamlarının dili, yazılış qaydası biabırçı vəziyyətdədir - hərf buraxılır, heç bir qrammatik qaydalar gözlənilmir, dilin lüğət tərkibinə uyğun gəlməyən sözlər işlədilir.

"Azərbaycanda "Reklam haqqında" qanun qəbul edilib. Azərbaycan dilinin qaydaları da qanunvericiliklə tənzimlənir. Bununla belə, boşluqlar var, ona görə də belə problemlər yaranır. Düşünürəm ki, mövcud qanunların təkmilləşdirilməsinə ehtiyac var", - o bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında ana dilimizin xarici təsirdən qorunmasının vacibliyini vurğulayıb.

Millət vəkili qeyd edib ki, plüralizm şəraitində yaşadığımız üçün demokratiya ab-havası bir çox sahələrə sirayət edib. "Lakin elə dəyərlərimiz var ki, onun olduğu kimi qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin vətəndaşlıq borcudur", - Əliyeva bildirib.

O qeyd edib ki, Azərbaycan dilinin bir çox nümunələrinin olduğu kimi istifadə edilməsi daha gözəl olardı.

Əliyeva bildirib ki, hazırlanan "Mədəniyyət haqqında" qanunda Azərbaycan dili məsələlərinə xüsusi yer ayrılır.

Xəbər lenti

Xəbər lenti