...

"Xəmsə" intellektual oyunu üzrə Azərbaycan çempionatının qalibləri məlum olub

Cəmiyyət Materials 24 May 2011 18:02 (UTC +04:00)
"Xəmsə" milli intellektual oyunu üzrə IV Azərbaycan çempionatının qalibləri məlum olub. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.
"Xəmsə" intellektual oyunu üzrə Azərbaycan çempionatının qalibləri məlum olub

Azərbaycan, Bakı, 24 may /Trend/

"Xəmsə" milli intellektual oyunu üzrə IV Azərbaycan çempionatının qalibləri məlum olub. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Çempionatın nəticələrinə görə, yarışda birinci yeri "Helenendorf" (Göygöl rayonu), ikinci yeri "Şabran" (Şabran rayonu), üçüncü yeri isə "Şəhriyar" komandası (Biləsuvar rayonu) tutub.

Gənclər və İdman Nazirliyi və "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyinin birgə layihəsi olan "Xəmsə" milli intellektual oyunu üzrə IV Azərbaycan çempionatında qalibiyyət uğrunda 16 komanda mübarizə aparıb. Çempionatın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.

Xəbər lenti

Xəbər lenti