...

Xaçmazda turizm potensialının təqdimatı keçiriləcək

Cəmiyyət Materials 2 İyun 2011 11:17 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Palma" İstirahət Mərkəzinin təşkilatçılığı ilə Nabranın turizm potensialının təqdimatı ilə bağlı Xaçmaz rayonuna infotur təşkil ediləcək.
Xaçmazda turizm potensialının təqdimatı keçiriləcək

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Palma" İstirahət Mərkəzinin təşkilatçılığı ilə Nabranın turizm potensialının təqdimatı ilə bağlı Xaçmaz rayonuna infotur təşkil ediləcək.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, infotur iyunun 4-5-də olacaq.

Bu tədbir 2011-ci ilin "Turizm ili" elan olunması ilə bağlı regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, yerli turizm şirkətlərinin turizm xidməti obyektlərinə mütəmadi səfərlərini təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədilə həyata keçirilən layihələrdən biridir.

Mədəniyyət və Turizm Naziliyi, turizm şirkətlərinin əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət 40 nəfərlik heyəti iki gün ərzində rayonda fəaliyyət göstərən mehmanxana və sanatoriyalar, mədəni-tarixi abidələrlə və rayonun təbiəti ilə tanış olacaqlar.

Xəbər lenti

Xəbər lenti