...

Azərbaycanın Gəncə şəhərinin ərazisində qədim iri şəhər aşkarlanıb

Cəmiyyət Materials 18 İyun 2011 12:26 (UTC +04:00)
Azərbaycanın müasir Gəncə şəhərinin ərazisində vaxtilə "Laso" adlandırılan iri bir şəhərin olduğu aşkarlanıb.
Azərbaycanın Gəncə şəhərinin ərazisində qədim iri şəhər aşkarlanıb

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın müasir Gəncə şəhərinin ərazisində vaxtilə "Laso" adlandırılan iri bir şəhərin olduğu aşkarlanıb. Bunu şənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Arxeoloji Ekspedisiyasının rəisi Arif Məmmədov bildirib.

O deyib ki, antik və ilk orta əsrlərdə Gəncə "Şəhər burnu", başqa sözlə "Laso" adlandırılan yerdə olub.

Arxeoloqun sözlərinə görə, o, Lasonu romalıların bizim eramızdan əvvəl ikinci əsrə aid tərtib etdiyi xəritədə aşkarlayıb. Həmin xəritədə Laso adi ilə göstərilmiş ərazi hazırkı Gəncə şəhərinin ərazisinə uyğun gəlir.

"Gəncə deyildikdə, həmişə Gəncə çayı sahilində orta əsrlərdə olmuş Gəncə şəhəri nəzərdə tutulub. Əsl Gəncə isə "Şəhər burnu" deyilən ərazidədir. İndiyədək "Şəhər burnu" və ya Laso arxeoloqlar tərəfindən tədqiq edilməyib", - Məmmədov qeyd edib.

O əlavə edib ki, tədqiqatları fərdi qaydada aparacaq. Tədqiqatlara iyulun əvvəlindən başlanacaq və bu işlər sentyabrın əvvəlinədək davam edəcək.

Tədqiqatlar zamanı, ilk növbədə, Lasonun iqtisadi-ticarət əlaqələri öyrəniləcək, bu böyük şəhərin digər ticarət şəhərləri ilə əlaqəsinin olduğunu göstərən tapıntılar üzə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti