...

Rus bölməsinin abituriyentləri Azərbaycan dili fənnindən imtahan verirlər

Cəmiyyət Materials 26 İyun 2011 10:23 (UTC +04:00)
Bu gün rus bölməsinin 2538 abituriyenti Azərbaycan dili fənnindən imtahan verir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən bazar günü Trend-ə verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində keçirilir.
Rus bölməsinin abituriyentləri Azərbaycan dili fənnindən imtahan verirlər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu gün rus bölməsinin 2538 abituriyenti Azərbaycan dili fənnindən imtahan verir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən bazar günü Trend-ə verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində keçirilir.

Bu imtahanda iştirak edən 2538 abituriyentin 1572-si mayın 22-də keçirilmiş imtahandan "qeyri-məqbul" qiymət alanlar, 966 nəfəri isə ərizəsini həmin imtahanda iştirak üçün nəzərdə tutulmuş vaxtdan sonra təsdiqlədənlərdir.

Ümumilikdə imtahanda iştirak edən abituriyentlərin 1156 nəfəri qız, 1382 nəfəri isə oğlandır.

İmtahan 45 dəqiqə davam edəcək. İmtahanda abituriyentlərə Azərbaycan dili fənnindən 30 test tapşırığı təqdim edilir. Abituriyentlər imtahanın nəticələrini yaxın günlərdə TQDK-nın internet saytından (www.tqdk.gov.az) öyrənə biləcəklər. Azərbaycan dili fənnindən test imtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndiriləcək. İmtahanın nəticəsinə görə "məqbul" alan abituriyentlər qəbul imtahanlarına buraxılacaqlar.

Azərbaycanda ali məktəblərə daxil olmaq istəyən rus bölməsinin abituriyentləri Azərbaycan dili fənnindən imtahan verməlidirlər. Bu imtahanı verməyən və ya ondan "qeyi-məqbul" alan abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməzlər.

Rus bölməsinin abituriyentləri üçün bu il Azərbaycan dili fənni üzrə ilk imtahan mayın 22-də keçirilib. Bu imtahanda iştirak edən 10 087 abituriyentin 8 696 nəfəri müvəffəqiyyət qazanaraq "məqbul" qiymət alıb. Həmin imtahanda "qeyri-məqbul" qiymət alan abituriyentlərə iyunun 26-da keçiriləcək imtahanda təkrarən iştirak etmək imkanı verilib.

Xəbər lenti

Xəbər lenti