...

Azərbaycanın ali məktəblərinə imtahan verənlər gələn ildən öz "Cavab kart"larını da TQDK-nın saytında görə biləcəklər

Cəmiyyət Materials 1 İyul 2011 13:12 (UTC +04:00)
Gələn ildən Azərbaycanın ali məktəblərinə sənəd verən abituriyentlər imtahan nəticələri açıqlanan zamanı "Cavab kart"larını da TQDK-nın saytında görə bilərlər. Bunu çümə günü keçidiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
Azərbaycanın ali məktəblərinə imtahan verənlər gələn ildən öz "Cavab kart"larını da TQDK-nın saytında görə biləcəklər

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İsabalayeva/

Gələn ildən Azərbaycanın ali məktəblərinə sənəd verən abituriyentlər imtahan nəticələri açıqlanan zamanı "Cavab kart"larını da TQDK-nın saytında görə bilərlər. Bunu çümə günü keçidiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu yenilik ilk dəfə bu il magistraturaya qəbul imtahanlarının nəticələri açıqlanan zaman tətbiq edilib. Bunun üçün proqram təminatı TQDK tərəfindən hazırlanıb.

Abbaszadə deyib ki, əvvəllər magistraturaya imtahan verənlər "Cavab kart"larını görmək üçün bir ay gözləməli idilər.

TQDK sədrinin sözlərinə görə, bu il magistraturaya imtahan verənlərdən yalnız yazı işləri yazanların nəticələri saytda yerləşdirilməyib.

"Çünki yazı işini bu formada təqdim etmək mümkün deyil. Amma gələn ildən yazı işlərini də saytda yerləşdirə bilərik. Gələn ildən həm də bakalavr pilləsinə qəbul zamanı bunu edə bilərik. Amma bu, yalnız bizdən asılı deyil", - TQDK sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti