...

Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə iyunda 734 müraciət daxil olub

Cəmiyyət Materials 5 İyul 2011 13:11 (UTC +04:00)
Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) bu ilin iyun ayı ərzində 734 müraciət daxil olub.
Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə iyunda 734 müraciət daxil olub

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) bu ilin iyun ayı ərzində 734 müraciət daxil olub.

Trend-in Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətlərin 420-si şikayət, 194-ü sorğu xarakterli olub. Müraciətlərin 37-si aidiyyəti üzrə edilməyib. Müraciətlərin 83-ü isə cari problemlərə bağlı olub.

"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti