...

TQDK "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı vəsait nəşr edib

Cəmiyyət Materials 6 İyul 2011 16:53 (UTC +04:00)
TQDK ali təhsil müəssisələrinin ixtisaslarını seçmək hüququ qazanan abituriyentlərə kömək məqsədi ilə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı vəsait nəşr edib.
TQDK "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı vəsait nəşr edib

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin ixtisaslarını seçmək hüququ qazanan abituriyentlərə kömək məqsədi ilə "Abituriyent" jurnalının xüsusi buraxılışında "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı vəsait nəşr edib.

Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vəsaitdə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim olunub.

Azərbaycan dilində vəsaiti TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya onu www.abiturient.az saytından sifariş etmək olar.

Xəbər lenti

Xəbər lenti