...

Azərbaycan tarixini əks etdirən kompüter oyunları hazırlanacaq

Cəmiyyət Materials 11 İyul 2011 16:04 (UTC +04:00)
2015-ci ilədək hazırlanacaq kompüter oyunları müasir texnologiyalar vasitəsilə Azərbaycan tarixinin gənclər arasında öyrənilməsi üçün virtual imkanların yaradılmasına xidmət edəcək.
Azərbaycan tarixini əks etdirən kompüter oyunları hazırlanacaq

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan tarixini əks etdirən kompüter oyunları hazırlanacaq.

Trend-in məlumatına görə, bu barədə ölkə başçısı İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında qeyd olunub.

2015-ci ilədək hazırlanacaq kompüter oyunları müasir texnologiyalar vasitəsilə Azərbaycan tarixinin gənclər arasında öyrənilməsi üçün virtual imkanların yaradılmasına xidmət edəcək.

Dövlət Proqramına əsasən, bu istiqamətdə icraçı qismində Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbay­can Milli Elmlər Akademiyası olacaqlar.

Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinə yönələn tədbirlər çərçivəsində həmçinin 2012-ci ildə "Virtual Qarabağ" adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi yaradılacaq. Burada Qarabağa dair mərkəzləşdirilmiş internet-resurs bazası yerləşdiriləcək.

Dövlət Proqramının müddəalarında həmçinin vətənpərvərlik mövzusunda maarifləndirici və təbliğat xarakterli əyani vəsaitlərin və təşviqat materiallarının hazırlanması da yer alıb.

Xəbər lenti

Xəbər lenti