...

Xəzər Elmi Mərkəzinin yaradılması ilə bağlı təkliflər hökumətə təqdim edilib

Cəmiyyət Materials 13 İyul 2011 14:40 (UTC +04:00)
AMEA tərəfindən Xəzər Elmi Mərkəzinin yaradılması haqqında təkliflər artıq hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.
Xəzər Elmi Mərkəzinin yaradılması ilə bağlı təkliflər hökumətə təqdim edilib

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən Xəzər Elmi Mərkəzinin yaradılması haqqında təkliflər artıq hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə açıqlamasında AMEA-nın vitse-prezidenti Arif Həşimov deyib.

O bildirib ki, mərkəzin yaradılmasına yalnız AMEA deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət qurumları da cəlb olunub.

Xəbər lenti

Xəbər lenti