...

2 aprel aksiyasında həbs olunanların hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 13 İyul 2011 15:30 (UTC +04:00)
Bu gün Səbail rayon məhkəməsində İctimai Palata adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar həbs edilmiş 6 nəfərin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
2 aprel aksiyasında həbs olunanların hazırlıq iclası keçirilib

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Səbail rayon məhkəməsində İctimai Palata adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar həbs edilmiş 6 nəfərin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Məhkəmədən Trend-ə verilən məlumata görə, hakim Elnur Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkilləri cinayət işinə xitam verilməsi, təqsirləndirilənlərin barələrindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlər verib.

Məhkəmə vəsatətləri qəbul etməyib.

İş üzrə məhkəmə baxışı iyulun 19-a təyin edilib.

Təqsirləndirilən Sahib Kərimov, Babək Həsənov, Arif Alışlı, Zülfüqar Eyvazov, Elşən Həsənov və Elnur İsrafilov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.

Cinayətin törədilməsində xüsusi fəallığı ilə fərqlənən 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti