...

Sabah Azərbaycanda havanın temperaturu 40 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 20 İyul 2011 11:40 (UTC +04:00)
İyulun 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Sabah Azərbaycanda havanın temperaturu 40 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 20 iyul /Trend/

İyulun 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26, gündüz 35-39, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 14-18, gündüz 29-34 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında zəif küləklər üstünlük təşkil edəcək.

Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Xəbər lenti

Xəbər lenti