...

"Atlantis" kosmik gəmisi tarixdə sonuncu dəfə öz missiyasını başa vurub

Cəmiyyət Materials 21 İyul 2011 16:02 (UTC +04:00)
Cümə axşamı "Atlantis" kosmik gəmisi tarixdə sonuncu dəfə Florida ştatındakı Con Kennedi adına kosmodromda uğurlu eniş edib.
"Atlantis" kosmik gəmisi tarixdə sonuncu dəfə öz missiyasını başa vurub

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Cümə axşamı "Atlantis" kosmik gəmisi tarixdə sonuncu dəfə Florida ştatındakı Con Kennedi adına kosmodromda uğurlu eniş edib. Trend-in məlumatına görə, enməni NASA aerokosmik agentliyinin saytı yayımlayıb.

"Atlantis" STS-135 ekspedisiyası ilə iyulun 8-də Con Kennedi kosmodromundan start götürüb və iyulun 10-da BKS-ə yan alıb. Şatlın Beynəlxaql Kosmik Stansiyanın (BKS) Amerika seqmentindən birləşməsi iyulun 19 -da yerli vaxtla saat 10 :28 -də baş verib. Məlumatı RİA Novosti yazır.

Şatlda uçuş gəminin komandiri astronavt Kris Ferqyusonun karyerasında üçüncü olub. Daq Herli ikinci dəfə gəminin pilotu olub. Habelə ekipaja astronavtlar Sendi Maqnus və Reks Uolheym də daxil olublar.

Xəbər lenti

Xəbər lenti