...

Azərbaycan turistləri kurortlardan infeksion xəstəliklərlə qayıdırlar?

Cəmiyyət Materials 1 Avqust 2011 13:19 (UTC +04:00)
Dünyada qeyri-sabit epidemioloji vəziyyətlə əlaqədar Azərbaycan turistlərinin kurortlardan infeksion xəstəliklər gətirməsi riski istisna edilmir
Azərbaycan turistləri kurortlardan infeksion xəstəliklərlə qayıdırlar?

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Z.Əhmədova/

Dünyada qeyri-sabit epidemioloji vəziyyətlə əlaqədar Azərbaycan turistlərinin kurortlardan infeksion xəstəliklər gətirməsi riski istisna edilmir. Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyadan məlumat verilib.

"Yayın gəlişi ilə Azərbaycan turistlərinin kurortlara axını başlayıb. Orada isə günəş və dənizlə yanaşı, çoxsaylı infeksion xəstəliklər var", - stansiyanın direktor müavini Şair Qurbanov deyib.

O əlavə edib ki, bəzi turistlər kurortlardan qayıtdıqdan sonra müxtəlif xəstəliklərlə əlaqədar həkimlərə müraciət etməli olurlar.

"Hazırda kəskin respirator və dəri xəstəliklərindən sonra müxtəlif infeksiyalara yoluxmanın başlıca səbəbi "əl xəstəlikləri" və ya "turist xəsətəliyi"dir", - Qurbanov bildirib.

Onun sözlərinə görə, infeksiyaya yemək və ya su vasitəsilə, eləcə də həşəratlar dişləməsi nəticəsində yoluxmaq mümkündür.

"Turistlərin çoxu elementar gigiyena qaydalarına əməl etmədiklərinə görə qurbana çevrilirlər və müalicə almağa məcbur olurlar. Yerli əhali ilə əlaqələr də təhlükəlidir, məsələn, xüsusilə inkişaf baxımından geridə qalmış ölkələrdə tuberkulyoza yoluxmaq olar", - ekspert əlavə edib.

Həkim xəstəliyə yoluxmanı minimallaşdıran bir neşə qaydaya əməl etməyi tövsiyə edir: əlləri sabunla yumaq, yalnız şüşə qabdan su içmək, küçə piştaxtaları üzərində yemək yeməmək.

"İnfeksion xəstəliklərin gətirilməsinə yol verməmək üçün turizm agentliklərinə Azərbaycan turistlərini xaricdəki epidemioloji vəziyyət, infeksion xəstəliklərin profilkatikası barədə məlumatlandırma tövsiyə olunur", - Qurbanov bildirib.

Xəbər lenti

Xəbər lenti