...

Rusiyada narkotiklərin qanunsuz satışı ilə məşğul olan azərbaycanlılardan ibarət qruplaşma saxlanılıb

Cəmiyyət Materials 8 Avqust 2011 14:15 (UTC +04:00)
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları ölkə ərazisində narkotiklərin qanunsuz satışı ilə məşğul olan Rusiya və Azərbaycan vətəndaşlarından ibarət qruplaşmanın aktiv iştirakçılarını saxlayıb.
Rusiyada narkotiklərin qanunsuz satışı ilə məşğul olan azərbaycanlılardan ibarət qruplaşma saxlanılıb

Azərbaycan, Bakı, 8 avqust / Trend /

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları ölkə ərazisində narkotiklərin qanunsuz satışı ilə məşğul olan Rusiya və Azərbaycan vətəndaşlarından ibarət qruplaşmanın aktiv iştirakçılarını saxlayıb. Trend-in məlumatına görə, bu barədə FTX-nin saytında yerləşdirilmiş məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, 2011-ci ilin yazında xüsusi xidmət orqanları Rusiya və Azərbaycan vətəndaşlarından ibarət beynəlxalq narkotik qrupun Moskva regionunda fəaliyyət barədə informasiyalar əldə ediblər.

Xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində qrupun liderləri və aktiv üzvləri müəyyən edilib. İyulun sonunda keçirilən əməliyyat zamanı şübhəli şəxslər saxlanılıb.
Cinayətkar qrupdan 540 kiloqram narkotik maddə müsadirə olunub. Faktla bağlı FTX tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti