...

Ermənistan vətəndaşlarının miqrasiya göstəricisi emiqrasiya göstəricisindən 90 min çoxdur

Cəmiyyət Materials 12 Avqust 2011 14:59 (UTC +04:00)
Ermənistan vətəndaşlarının miqrasiya göstəricisi emiqrasiya göstəricisindən 90 min çoxdur
Ermənistan vətəndaşlarının miqrasiya göstəricisi emiqrasiya göstəricisindən 90 min çoxdur

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Ermənistan Milli Statistika Xidməti sərhəddən keçidin elektron hesablamasına əsaslanaraq ölkədən çıxma və gəlmə göstəricilərini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə "Mediamaks" xəbər yayıb.

Məlumata görə, Xidmətin Əhalinin siyahıya alınması və demoqrafiya şöbəsinin rəisi Karine Kuyumcyan bildirib ki, 2011-ci ilin iyuluna olan məlumata görə, respublikaya 754 371 nəfər gəlib, 821 644 nəfər isə ölkəni tərk edib.

"Bu məlumatlara əsasən, Ermənistan vətəndaşlarından ölkəyə gələnlərin sayı 368 753, gedənlərin sayı isə 458 098 nəfər təşkil edib", - Kuyumcyan bildirib.

Xəbər lenti

Xəbər lenti