...

Sürüşmə zonasında avtomobillərin hərəkəti tam məhdudlaşdırıldı

Cəmiyyət Materials 18 Avqust 2011 20:55 (UTC +04:00)
Səbail rayonu, Bayıl yamacında, Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksinin yaxınlığındakı ərazidə sürüşmə təklükəsi yarandığı üçün Teymur Elçin küçəsi ilə Dağüstü parkın kəsişməsindən Xanlar küçəsi 1 ünvanınadək hər iki istiqamətdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb. Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib
Sürüşmə zonasında avtomobillərin hərəkəti tam məhdudlaşdırıldı

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Səbail rayonu, Bayıl yamacında, Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksinin yaxınlığındakı ərazidə sürüşmə təklükəsi yarandığı üçün Teymur Elçin küçəsi ilə Dağüstü parkın kəsişməsindən Xanlar küçəsi 1 ünvanınadək hər iki istiqamətdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb. Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Sürücülərə və nəqliyyat vasitələri sahiblərinə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Yol təmir-tikinti işləri başa çatdıqdan və müvafiq göstəriş verildikdən sonra açılacaq.

Səbail rayonu, Bayıl yamacında, Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksinin yaxınlığındakı ərazidə sürüşmə təklükəsi yaranıb. Səbail rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sürüşmə gecə saatlarında baş verib. Bununla əlaqədar həmin istiqamətdə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, ərazidə bərkitmə işləri aparılır.

Xəbər lenti

Xəbər lenti