...

Dünya çempionatında iştirak edən dörd Azərbaycan avarçəkəni yarımfinala yüksəlib (FOTO)

Cəmiyyət Materials 19 Avqust 2011 14:58 (UTC +04:00)
Dünya çempionatında iştirak edən fərdi şəkildə mübarizə aparan iki idmançımız və bir duetimiz yarımfinala yüksəlib.
Dünya çempionatında iştirak edən dörd Azərbaycan avarçəkəni yarımfinala yüksəlib (FOTO)

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Dünya çempionatında iştirak edən fərdi şəkildə mübarizə aparan iki idmançımız və bir duetimiz yarımfinala yüksəlib. Bu barədə cümə günü Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Macarıstanın Seqed şəhərində davam edən dünya çempionatında Azərbaycanın kayak və kanoeçiləri 500 metr məsayə növbəti seçmə yürüşlərə qatılıblar. Əvvəlcə mübarizəyə 1 nəfərlik qayıqla çıxış edən qadın kayakçımız Natalya Fiklisova qoşulub. Fiklisova bu məsafəyə yürüşdə finişə 2 dəqiqə 5,762 saniyəyə çataraq, 6-cı olub. Qaydalara əsasən, kayakçımız ilk altılıqa düşdüyü üçün yarımfinala yüksəlib.

Ardından kanoe üzrə ikiqat dünya və üçqat Avropa çempionumuz Valentin Demyanenko start xəttinə çıxıb. 1 nəfərlik qayıqla yürüş edən Demyanenko sonadək üstünlüyünü əldən verməyərək, 2 dəqiqə 1,628 saniyə nəticə ilə seçmə mərhələdəki bütün rəqiblərini qabaqlayıb.

Daha sonra 2 nəfərlik kayak qayığı ilə Mirnazim Cavadov - Tamerlan Cavadov dueti 500 seçmə mərhələ yürüşünə başlayıb. Gənc olmalarına baxmayaraq, kişilərin mübarizəsinə qatılan azərbaycanlı cütlüyün çıxışı uğurlu alınıb. Onlar finişə 1 dəqiqə 41,341 saniyəyə çatıblar. Bu nəticə ilə yalnız italiyalı Nikola Ripamonti - Mattia Kolombi duetindən 3,348 saniyə geri qalan duetimiz yarımfinala yüksəlib. Qaydalara əsasən, Ripamonti - Kolombi cütlüyü birbaşa əsas finala çıxıb.

Dünya çempionatının ilk günündə Sergey Bezuqlıy - Maksim Prokopenko dueti 2 nəfərlik kanoe qayığı ilə 500 metr məsafəyə seçmə yürüşdə 1 dəqiqə 42,752 saniyə nəticə ilə 2-ci yeri tutaraq, birbaşa əsas finala yüksəlib.

Həlledici mərhələ yürüşü bu gün Bakı vaxtı ilə saat 19:00-də olacaq.

Xəbər lenti

Xəbər lenti