Azərbaycan, Bakı, 20 avqust /Trend/
Premyer Liqasının üçüncü turu çərçivəsində "İnter" - "Bakı" oyunu yarımçıq dayandırılıb.
Trend-in məlumatına görə buna səbəb oyunun 93-cü dəqiqəsində "İnter" komandasının oyunçularının hakimin qərarına etiraz əlaməti olaraq meydanı tərk etməsi olub.
Qeyd edək ki, oyunun hakimi 92-i dəqiqədə "İnter"in qapıçısı Giorgi Lomayaya qırmızı vərəqə göstərib və "İnter"in qapısına on bir metrlik cərimə zərbəsi təyin edib.
Bununla da oyun yarımçıq dayandırılıb.